28 oktyabr 2011 14:54
Qarabağ Bakıya qalib gələcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, 11-ci turun “Qarabağ” – “Bakı” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuya qatılan respondentlərin böyük əksəriyyəti bu görüşdə “Qarabağ”ın qalib gələcəyini proqnozlaşdırır. Onların 50 faizi məhz meydan sahiblərinin qələbəsinə inanır.
“Bakı”nın səfərdə qalib gəlmək şansının yüksək olduğunu düşünənlər isə 33 faiz təşkil edir. Yerdə qalan 17 faiz respondent də bu qarşılaşmanın heç-heçə bitəcəyini proqnozlaşdırır.
