28 oktyabr 2011 15:18
Vaqif Sadıqov üçün Şenol Günəş
Türkiyənin “Trabzonspor” klubu baş məşqçisi Şenol Günəşlə yollarını ayıra bilər. Azerisport.az xəbər verir ki, buna təcrübəli türkiyəli mütəxəssisin sərfəli təklif alması səbəb göstərilir.
Məsələ burasındadı ki, onun xidmətində Rusiyanın “Anji” klubu maraqlıdı. Hazırda daha çox italiyalı Marçello Lippini sükanı arxasına gətirmək üçün çalışan Mahaçqala təmsilçisinin buna nail ola bilməyəcəyi halda, məhz Şenol Günəşə üz tutacağı bildirilir.
Qeyd edək ki, Şenol Günəşin “Anji”yə getməsi burda çalışan millimizin sabiq baş məşqçisi Vaqif Sadıqov üçün də düşərli ola bilər. Ola bilsin ki, məhz bu halda həmyerlimiz hazırkı işini davam etdirə bilsin.
