28 oktyabr 2011 15:34
Sergey Yuran: Ancaq qələbəyə köklənmişik
"Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 11-ci turunun “Qəbələ” ilə oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- İlk dövrənin son matçına hazırlıqlarınız necə gedir?
- Ciddi hazırlaşırıq. Prinsipcə, digər oyunlara necə, buna da elə. Psixoloji cəhətdən komanda heç də ən yaxşı günlərini yaşamır. Bütün oyunlarda minimal hesablarla məğlub oluruq. Qarşıdakı oyunda ancaq qələbəyə köklənmişik.

- Rəqibi öyrənə bilmisiz?
- Bəzi oyunlarını görmüşəm. Yaxşı komandadı. Əla legionerlərdən və Azərbaycan yığmasının oyunçularından təşkil olunub. Çətin oyun olacaq. Taktiki cəhətdən yaxşı təşkil olunmalıyıq. Hamı gözəl bilir ki, “Qəbələ” və “Simurq”un büdcələri müqayisəyə gəlməzdi. Amma bizim şansımız var. Minimum vəzifəmiz məğlub olmamaqdı.

- Yeri gəlmişkən, Qəbələyə niyə oyuna bir gün qalmış getmisiz?
- Qəbələ ilə Zaqatala arasındakı məsafə cəmi 200 km-di. Amma mən ora bir qədər tez getməyimizi istədim. Oyun öncəsi məşq keçmək istəyirik. Bu, həm də rəhbərliyin qərarıdı. “Neftçi”ylə “Qarabağ” da Zaqatalaya iki gün öncədən gəlmişdilər.
- Yəqin ki, sizə Toni Adamsın komandasına qarşı oynamaq maraqlı olacaq. Axı siz vaxtilə futbolçu kimi də üz-üzə gəlmisiz...
- Şübhəsiz. Belə qarşıdurmalar həmişə maraqlı olur. 1991-ci ildə mən Portuqaliya “Benfica”sının heyətində London “Arsenal” ilə qarşılaşmışdım. O vaxt rəqibimizin heyətində Adams da çıxış edirdi. O vaxt biz onları Çempionlar Liqasından uzaqlaşdırdıq. Adamsa qarşı oynamaq çox çətin idi. Onda oyundan sonra Adams mənim əlimi sıxaraq uğur arzulamışdı.
- Komandanızın son uğursuzluqlarının səbəbi nədi?
- Komanda artıq iki oyundu qol vura bilmir. Amma biz liderlərə uduzmuşuq və minimal hesabla. Yəni 3-4 qol buraxmırıq. Azərbaycan futbolunun favoritləriylə hardasa bərabər səviyyədə mübarizə aparırıq. Baxmayaraq ki, klublar arasındakı büdcələri müqayisə etsək, yerlə göy qədər fərq var. Komandayla söhbət edəcəm.
- Siz Poşkusun transferini çox gözlədiniz. Amma komandanız yenə qol vurmaqda problemlə üzləşir...
- Kimisə ayrıca günahlandırmaq istəmirəm. Biz komandayıq və nəticələrə hamımız cavabdehik. 5-6 futbolçu bizimlə birgə hazırlıq keçməyib. Buna görə də bizim müəyyən çətinliklərimiz qalmaqdadı.
- Deməli, 8 xaldan narazısız?
- Narazıyam. 6-7 xalı səhvlər ucbatından itirmişik. “İnter”lə oyunda qapıçının səhvi bizə baha başa gəldi. “Rəvan”dan əlavə vaxtda qol buraxdıq. “Neftçi”ylə də eləcə. Uşaq səhvləri ucbatından hazırda turnir cədvəlinin alt pillələrindəyik. Bu, təbii ki, bizi məyus edir.