28 oktyabr 2011 15:51
Zirvə zirvədə
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkil etdiyi eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında futzal üzrə “Payız turniri”nin 1-ci və 2-ci turunun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, hər iki turun oyunlarında məhsuldar hesablar qeydə alınıb.
Keçirilən oyunların nəticəsini diqqətinizə çatdırırıq:
1-ci tur
Zirvə - Şimşək - 8:2
Ümid - Birlik - 9:5
2-ci tur
Birlik - Şimşək - 5:5
Zirvə - Ümid - 6:5
Turnirə sabah – oktyabrın 29-da yekun vurulacaq.
