28 oktyabr 2011 16:34
AZAL legionerlərini əfv etdi
Bir müddət öncə AZAL-ın baş məşqçisi Elxan Abdullayevin qərarı ilə əvəzedici heyətə göndərilən bolqarıstanlı müdafiəçi Robert Petrov və serbiyalı yarımmüdafiəçi Branislav Arseniyeviç yenidən əsas heyətə qayıdıblar. Azerisport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Abdullayev komandanın son turlardakı uğursuz çıxışını da nəzərə alaraq, hər iki futbolçunun əsas komandaya qaytarıb. Xatırladaq ki, sözügedən legionerlər “təyyarəçilərin” “Qarabağ”a evdə uduzduğu oyundan (1:3) sonra əvəzedici komandaya göndərilmişdilər.
