28 oktyabr 2011 16:23

“İnter çempionluq hədəfinə çata biləcək gücdədi”

"İnter"in cinah yarımmüdafiəçis Asif Məmmədov müsahibəsində qarşıdakı "Rəvan"la səfər oyunundan danışıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.

- Artıq bazar günü komandanı "Rəvan"la səfər görüşü gözləyir. Qarşıdakı oyun və bu oyunda üz-üzə gələcəyiniz rəqib barədə nə deyə bilərdin?
- Oyunun çox çətin olacağını bilirik, ona görə ki, rəqib komanda son oyunlarını çox yaxşı səviyyədə keçirib. Biz də öz növbəmizdə meydana ancaq qələbə arxasınca çıxacağıq. Bizə mütləq qələbə və növbəti üç xal lazımdır.
 
- "Rəvan" - "İnter" oyununun süni örtüyə malik "Dalğa Arena" stadionunda keçiriləcək. Səncə, bu amil komandanın xeyrinə ola bilərmi?
- İlk baxışda bu meydançaların oxşarlığı nəzərə çarpsa da, əslində bu belə deyil.  "Şəfa" və "Dalğa-Arena" stadionlarınım sintetik ot örtüyü seçilir. Hər iki meydança arasında fərqlər var.
 
- "İnter" hər zaman oyundan əvvəl rəqibinin oyununu təhlil edir və onun müsbət və mənfi cəhətlərini öyrənir. Bu dəfə necə, "Rəvan"ın oyununu analiz edə bildinizmi?
- Yox, hələlik təhlil etməmişik, yəqin ki, bunu  bugün, ya da ki, sabah edə biləcəyik.
 
- "Rəvan"ın oyunlarını yəqin izləmisən. Zənnincə, bu komandada hansı futbolçu öz oyunuyla seçilir? Və hansı futbolçuya qarşı bazar günü keçiriləcək qarşılaşmada daha diqqətli oynamaq lazım gələcək?
- Mən rəqibin heyətində heç bir futbolçunu fərqləndirməzdim, çünki bu oyunçuların hamısı yaxşı futbolçudu. Onların yaxşı kollektivi var. "Rəvan" çox maraqlı komandadı. Hazırda "Rəvan"da oynayan futbolçuların çoxu keçən il  "Muğan"da çıxış edirdi və elə o vaxtdan onlar özlərini yaxşı tərəfdən göstərməyi bacarıblar.
 
- Necə düşünürsən, görüş hansı nəticəylə bitəcək?
- Proqnoz vermək və əvvəlcədən danışmaq istəməzdim. Mən sadəcə yenə təkrar edə bilərəm ki, biz meydana ancaq qələbə üçün çıxacağıq.
 
- Dünənki məşqdə sən fərdi qaydada çalışırdın. Bunu nəylə əlaqələndirmək olar?
- Bundan bir az əvvəl dabanım bir balaca əzilib, məhz buna görə axırıncı məşqlərdə fərdi qaydada hazırlaşırdım.
 
- Bu zədə sənin qarşıdakı oyunda meydana çıxmağına mane ola bilər?
- Ağrılar olmasa və məşqçi mənə etimad göstərsə, o zaman meydana çıxaram. Belə baxanda, ağrı olmadığı təqdirdə, mən artıq bugünkü məşqdə ümumi qrupda çalışa bilərəm. İnşallah, vəziyyət yaxşı olacaq və  mən oyuna tam hazır olaram.
 
- Yeri gəlmişkən, gələcək oyun birinci dövrənin son oyunu olacaq. Səncə çempionatın birinci hissəsini "İnter" üçün uğurlu saymaq olarmı?
- Hələ ki işlərimiz pis getmir. Tam istədiyimiz kimi olmasa belə, ümümi götürdükdə, biz hələki yaxşı nəticə göstərə bilirik. Bu arada dövrənin axırıncı oyunu da bizim üçün çox vacibdir. Biz qələbə qazana bilsək və turnir cədvəlinin yuxarısında yerləşən digər klublar xal itirsə, o zaman vəziyyətimiz daha da yaxşılaşa bilər . Düzdür, çempionatın ilk hissəsi artıq yekunlaşır, lakin unutmaq lazım deyil ki, bizi qabaqda hələ uzun bir marafon gözləyir. İndi biz üçüncü pillədə qərarlaşmışıq, lakin hədəfimiz ancaq çempionluqdur, bu isə ona işarə edir ki, mövqemizi daha da yaxşılaşdırıb irəliləmək lazımdır.
 
- Fikirincə, "İnter" çempionluq hədəfinə çata bilərmi?
- Əlbətdə, çata bilər. Son oyunlar bizim hədəflərimizin ciddiliyini göstərdi. Demək istərdim ki, çempionat başlamamışdan əvvəl bəzi mütəxəssislər söyləyirdilər ki, "İnter" artıq əvvəlki "İnter" deyil, amma zaman keçdikcə həmin insanlar fikirlərini dəyişib bildirdilər ki, komandamız keçən illərlə müqayisədə bu mövsüm daha yaxşı oyun sərgiləyir. Onların belə danışmağa bizim yaxşı oyunumuz səbəb olub. Fikrimcə, indiki komandamız həqiqətən də ötən mövsümdəki "İnter"lə müqayisədə heç də zəif görünmür və biz hədəflərimizə çata biləcək gücdəyik. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.