28 oktyabr 2011 17:26
Qurban Qurbanov: Bu qələbə bizə çox lazım idi
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 11-ci turunun “Bakı” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı komandasının 2:1 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Şadam ki, Premyer Liqamızın oyunlarında sürət artıb, gözəl kombinasiyalar, qollar izləmək mümkündü. “Bakı” ilə görüşümüz maraqlı alındı. Hiss olunur ki, “Bakı” artırıb. Uşaqlar oyuna, lazımi nəticəyə görə sağ olsunlar. Bu qələbə bizə çox lazım idi”.