28 oktyabr 2011 17:34
Aleksandr Starkov: Qarabağ qələbəyə layiq idi
“Bakı”nın baş məşqçisi Aleksandr Starkov Premyer Liqanın 11-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun latviyalı çalışdırıcısı komandasının 1:2 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Biz hər iki hissənin startında buraxdığımız qollarla uduzduq. Həm də rəqib bizi cinahlardan üstələyirdi. Buna baxmayaraq, Verpakovski və Çesnauskinin qol vəziyyətləri oldu. “Qarabağ” bu oyunda topa daha çox nəzarət etdi. Qəbələ qazanmağı çox istəyən tərəf də rəqib idi. “Qarabağ” qələbəyə layiq idi”.
