28 oktyabr 2011 22:18
Mirça Rednik: XL ən yaxşı oyunlarından birini sərgilədi
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik Premyer Liqanın 11-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Lənkəran klubunun rumıniyalı çalışdırıcısı komandasının 1:0 hesabıyla qələbə qazandığı görüşdən sonra bunları dilə gətirib:
“Yetirmələrimi qələbə münasibətilə təbrik edirəm. Qazonun qənaətbəxş olmamasına rəğmən, həm biz, həm də “Kəpəz” azarkeşlər üçün baxımlı oyun sərgiləməyə çalışdı. Düşünürəm ki, matç həqiqətən maraqlı alındı. Rəqibin oyununu həm televiziyadan, həm də canlı izləmişdi. Odu ki, intizamlı, möhkəm komanda olduqlarını bilirdim. Qələbəyə görə şadam. Hesab edirəm ki, “Xəzər Lənkəran” çempionatdakı ən yaxşı oyunlarından birini sərgilədi”.
