28 oktyabr 2011 22:25
Mehman Allahverdiyev: Məğlub olsaq da, yaxşı oynadıq
“Kəpəz”in baş məşqçisi Mehman Allahverdiyev Premyer Liqanın 11-ci turunun “Xəzər Lənkəran”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı komandasının 0:1 hesabıyla məğlub olduğu görüşdən sonra bunları dilə gətirib:
“Əlbəttə, biz bilirdik ki, rəqib güclü komandadı. Onlar əbəs yerə çempionata liderlik etmirlər. Oyundan öncə biz rəqibi yaxşı analiz etmişdik. Məğlubiyyətə baxmayaraq, fikrimcə, yaxşı futbol sərgilədik. “Xəzər Lənkəran”ı qələbə münasibətilə təbrik edirəm”.
