29 oktyabr 2011 00:06

Xəzər Lənkəran - ilk dövrənin çempionu!

Premyer Liqada ilk dövrənin sonuncu – 11-ci turunun oyunlarına start verildi. Azerisport.az xəbər verir ki, bu dəfə də ilk oyun günündə iki qarşılaşma baş tutdu.

Turun açılış matçı Ağdamda keçirildi. Bir neçə tur idi rəqiblərini Bakıda qəbul edən "Qarabağ" "Bakı" ilə münasibətlərinə Quzanlıda aydınlıq gətirdi. Aleksandr Starkovun komandası son turda lider “Xəzər Lənkəran” üzərində qələbəni son anda əldən versə də, “zolaqlılar”ın sərgilədiyi oyun daha çox diqqət çəkmişdi. Üstəlik, “Bakı”nın son oyunundan təxminən 1 həftəyə yaxın vaxt keçsə də, “Qarabağ” həftəiçi də oyun keçirmişdi. Özü də “Neftçi” ilə oyunda 2 qolla öndə olduğu halda, sonradan 3 top buraxaraq məğlub olan ağdamlıların düşərgəsində yorğunluqla yanaşı əhval-ruhiyyə də qaydasında deyildi. Qurban Qurbanovun komandası üçün yeganə üstünlük bu görüşün doğma azarkeşlərinin gözü qarşısında keçirilməsiydi.

Lakin hər şeyə rəğmən, Ağdam təmsilçisi bu çətin qarşılaşmada lazım olan qələbəni qazana bildi. Düzdü, “zolaqlılar” ilk yarıda buraxılan erkən qolun əvəzini çıxmağı bacarsalar da, ikinci hissənn əvvəlindəki qol həlledici oldu. Beləcə, “Qarabağ” ən azı bir günlüyə də olsa, ikinci pilləni ələ keçirdi.
 
İlk oyun gününün digər matçında “Xəzər Lənkəran” doğma meydanda “Kəpəz”i qəbul edirdi. Bundan əvvəlki tur hər iki komanda üçün heç-heçə ilə yadda qalmışdı. “Xəzər Lənkəran” səfərdə “Bakı” ilə qarşılaşdığı oyunda ilk hissədə bir top üstün olsa da, nəticədə oyun 2:2 hesabı ilə başa çatmışdı. Hansı ki, bu, komanda üçün mövsümdə ikinci heç-heçəydi. “Kəpəz” isə ötən həftə öz meydanında “Neftçi”ni qəbul etdi. Gəncə komandası da həmin qarşılaşmada fasiləyə üstün yollansa da, nəticədə bir xalla kifayətlənmişdi – 1:1.
 
Bu oyun “Xəzər Lənkəran” üçün mövsümdə altıncı ev qarşılaşmasıydı. Bundan əvvəl Lənkəranda keçirilmiş beş matçın hamısında meydan sahibləri qələbə qazanmışdılar. Mirça Rednikin yetirmələri bu oyunlarda 9 dəfə fərqləndiyi halda, buraxılan qolların sayı isə 3 idi. Elə “Kəpəz” də mövsümdə altıncı səfər matçına çıxmışdı. Gəncə klubu bu görüşlərin yalnız birindən qalib ayrıldığı halda, bir dəfə heç-heçə oynamış, üç dəfə də məğlub olmuşdu. Komanda bu oyunlarda buraxdığı 9 qol müqabilində rəqib qapısında 6 top keçirmişdi.
 
Bu komandalar arasındakı oyunu həm də çempionatın ən çox qol vuran komandalarının qarşılaşması adlandırmaq olardıı. “Xəzər Lənkəran” bu oyun ərəfəsində vurulan qollar qrafasında 16 topla yarışın ən məhsuldar komandasıydı. “Kəpəz” isə cari çempionatda 15 qol vurmuşdu ki, bu göstəriciyə görə “Neftçi” ilə ikinci-üçüncü pillələri bölüşürdü.
 
Bu görüşün taleyini isə bir qol həll etdi. Gün ərzində təxirə salınacağı gözlənilən matç sonda AFFA və PFL-in tələbinə əsasən keçirildi. Lakin aramsız yağan yağış stadionu elə bərbad vəziyyətə salmışdı ki, meydanda baş verənləri futbol adlandırmaq da çətindi. Hər halda komandaların daha çox su içində olan qazona qarşı mübarizə apardığı görüş liderin minimal hesablı qələbəsiylə başa çatdı. Nəticədə, “Xəzər Lənkəran” çempionatın ilk dövrəsinin çempionu oldu. Çünki turun qalan görüşlərində əsas izləyicilərindən heç biri bu komandaya çatmaq şansına malik deyil.
 
Premyer Liqa
11-ci tur
28 oktyabr
 
Qarabağ - Bakı - 2:1 (1:1)
Qollar: A.Teli, 7 (1:0), M.Verpakovski, 37 (1:1), R.Sadiqov, 48 (2:1).
Vərəqələr: Maksim Medvedev, 69 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Rəşad Sadıqov, 89 (bilərəkdən vaxtı uzatdığına görə) - Aleksandar Soliç, 25 (rəqibi əllə tutduğuna görə), Marius Verpakovski, 27 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Vadim Boret, 85 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə), Əziz Quliyev, 88 (bilərəkdən əllə oyun).
Hakimlər: Anar Salmanov, Rahil Ramazanov, Vaqif Musayev, Elnur Muradov.
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Asif Namazov
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
28 oktyabr 2011. Ağdam rayonu, Quzanlı qəsəbəsi Olimpiya İdman Kompleksinin stadionu. 2000 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev (k), 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Rəşad Sadiqov, 7. Namiq Yusifov, 14. Rəşad Sadıqov, 17. Vüqar Nadirov (77. Georgi Adamiya, 62), 22. Əfran İsmayılov (9. Bəxtiyar Soltanov, 86), 24. Admir Teli, 25. Ansi Aqolli, 88. Leonardo Roşa (11. Rauf Əliyev, 69).
Ehtiyat oyunçular: 99. Boyan Pavloviç, 4. Zaur Həşimov, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 1. Marko Şarliya, 3. Denis İvanov, 4. Vadim Boret, 6. İbrahim Karqbo (32. Aleksey Savinov, 83), 8. Junior Xavier Vilson, 11. Elvin Məmmədov (22. Nicat Abdullayev, 76), 14. Elvin Əliyev, 29. Əziz Quliyev, 30. Marius Verpakovski (7. Deyvidas Çesnauski, 60), 36. Uinston Parks, 77. Aleksandar Soliç.
Ehtiyat oyunçular: 16. Aqil Məmmədov, 17. Emin Cəfərquliyev, 25. Şəhriyar Əliyev, 99. Rəhman Hacıyev.
Baş məşqçi: Aleksandr Starkov.
 
Xəzər Lənkəran - Kəpəz - 1:0 (1:0)
Qol: Dejan Rusiç, 34.
Vərəqələr: Anton Qay, 55 (sistematik qayda pozuntusuna görə), Junivan Suares, 67 (sürüşmə fəndindən düzgün istifadə etmədiyinə görə) – sarı.
Hakimlər:  Rəhim Həsənov, İlham Əliyev, Habil Əliyev, Vüsal Əliyev.
AFFA nümayəndəsi:  Ramiz Abdullayev.
Hakim-inspektor:  Şahin Cəfərov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
28 oktyabr 2011. Lənkəran şəhər mərkəzi stadionu. 4500 tamaşaçı
Xəzər Lənkəran: 1. Kamran Ağayev, 2. Elnur Allahverdiyev, 8. Eder Bonfim, 9. Branimir Subaşiç, 11. Andrey Mureşan, 14. Rahid Əmirquliyev (k), 16. Adrian Pit, 22. Antonio Semedo (10. Elnur Abdullayev, 90+1), 23. Şəhriyar Xəlilov, 32. Mario Rosas (84. Julius Vobay, 86), 33. Dejan Rusiç (15. Emeka Opara, 71).
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 7. Katalin Doman, 17. Zahid Quliyev, 27. Habil Nurəhmədov.
Baş məşqçi: Mirça Rednik.
Kəpəz: 22. Konstantin Kolesnikov, 4. Azər Məmmədov (k), 5. Muammer Ərdoğdu, 10. Ceyhun Sultanov, 11. Sabir Allahquliyev (23. Junivan Suares, 62), 14. Dmitri Parxaçov (19. Zaur Əsədov, 87),18. Nikolay Svejentsev, 25. Anton Qay, 28. Milan Antiç, 30. Yuri Fomenko, 34. Cavad Mirzəyev.
Ehtiyat oyunçular: 1. Tural Abbaszadə, 3. Vasif Haqverdiyev, 6. Vasif Əliyev, 15. Şahin Kərimov, 32. Razvan Tarlea.
Baş məşqçi: Mehman Allahverdiyev.
 
Turun qalan görüşləri bu gün və sabah keçiriləcək: 29 oktyabr - Qəbələ - Simurq, Neftçi – Turan; 30 oktyabr - Sumqayıt Şəhər – AZAL, Rəvan - İnter.
 
 
1
Xəzər Lənkəran
11
8
2
1
17-7
26
2
Qarabağ
11
6
2
3
15-10
20
3
Neftçi
10
6
1
3
15-9
19
4
İnter
10
5
3
2
8-6
18
5
Bakı
11
4
4
3
12-10
16
6
Qəbələ
10
4
3
3
12-11
15
7
Rəvan
10
3
4
3
13-13
13
8
Kəpəz
11
3
3
5
15-17
12
9
Turan
10
3
1
6
8-13
10
10
AZAL
10
2
4
4
11-14
10
11
Simurq
10
2
2
5
7-12
8
12
Sumqayıt Şəhər
10
0
3
7
3-14
3
 
Bombardirlər:
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.