28 oktyabr 2011 11:31

“Onların uğurlu seriyasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik”

“İnter”in çex legioneri Bronislav Çervenka müsahibəsində “Qəbələ” matçı barədə fikirlərini açıqlayıb, “Rəvan”la keçiriləcək oyun haqqında düşüncələrini bölüşüb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.

- “Qəbələ” ilə matçda komandaya hesabda irəli çıxmaq müyəssər oldu, lakin “İnter” bu üstünlüyünü saxlaya bilmədi...
- Bərabər oyun oldu. Qeyd etmək yerinə düşərdi ki, bizə qarşı çox güclü komanda oynayırdı. Bizə hesabı açmaq mümkün oldu, biz bu üstünlüyü qorumağa çalışdıq və mümkün olduqda hücum etməyə cəhd göstərdik. Ancaq, təəssüf ki, buna müyəssər olmadıq və “Qəbələ” hesabda tarazlıq yarada bildi. Zənnimcə, heç-heçə nəticə meydanda baş verənləri tamamilə əks etdirdi.
 
- Lakin “Xəzər Lənkəran” və “Neftçi” üzərində qələbədən sonra hamı “Qəbələ” ilə oyunda da “İnter”dən 3 xal gözləyirdi...
- Bəli, biz də yalnız qələbəyə köklənmişdik, ancaq bu, qələbə qazanmağa çatmadı. Düşünürəm ki, növbəti 3 xalı qazanmaq üçün bir az bəxtimiz gətirmədi. Axı epizodda diqqətimizi itirməsəydik, o zaman qapımıza penalti təyin olunmazdı və nəzərimcə, qələbə hesabını qorumağı bacara bilərdik.
 
- Mövsümün əvvəli komanda üçün o qədər uğurlu alınmadı, lakin sonradan “İnter” tam başqa nəticə göstərməyə başladı və sürət götürdü...
- Bəli, mövsümün əvvəli bizim üçün uğursuz alındı. Bununla belə, komanda özünü itirmədi və yaranmış vəziyyətdən çıxmağa başladı. Potensial bizə artırmağa və irəliləməyə imkan verdi. Beləliklə biz xal toplamağa  və nəticə göstərməyə başladıq.
 
- Növbəti turda “İnter”i “Rəvan”la qarşılaşma gözləyir. Bu matç haqqında nə deyə bilərsən?
- “Rəvan” hazırda pis olmayan nəticələrlə müşayiət edilən yaxşı futbol sərgiləyir. Bildiyim qədər son 4 oyunda onlar 3 qələbəyə nail olublar və bir dəfə sülh bağlayıblar. Bundan əlavə, biz səfərdə oynayacağıq ki, bu da tapşırığımızı bir qədər də çətinləşdirir. Bir sözlə, əminəm ki, bu komandayla oyun asan olmayacaq.
 
- Yeri gəlmişkən, “Rəvan” və “İnter” son zamanlar uğurlu oyunlarla xatırlanan iki komandadı. Sənin fikrincə, bazar günü hansı komandanın uğurlu seriyası dayandıracaq?
- Biz “Rəvan”ın uğurlu seriyasını dayandırmaq üçün əlimizdən gələni edəcəyik. Meydana yalnız qələbə üçün çıxacağıq və ümid edirəm ki, bu arzulanan nəticəni əldə etməyə müyəssər olacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.