28 oktyabr 2011 11:53
UEFA yığmamızın oyununun vaxtını dəyişdirdi
17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının mübarizə apardığı 7-ci qrupun son iki oyununun vaxtı UEFA tərəfindən dəyişdirilib. Azerisport.az xəbər verir ki, oktyabrın 30-da keçiriləcək Azərbaycan – Ukrayna və Xorvatiya – Belçika qarşılaşmalarının əvvəlcədən Bakı vaxtı ilə saat 18:30-da keçirilməsi nəzərdə tutulmuşdu.
Lakin yeni qərara əsasən həmin oyunlar yarım saat tez - 18:00-da başlayacaq. Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
