28 oktyabr 2011 12:14
Ruslar Cavadovun Zenitə qarşı oyununu qiymətləndirdilər
Rusiya mətbuatı azərbaycanlı futbolçu Vaqif Cavadovun Premyer Liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, “Volqa”nın üzvü “Zenit”lə səfər oyununun 46-cı dəqiqəsində meydana çıxmasına baxmayaraq, komandasının darmadağına məruz qalmasına mane ola bilməmişdi.
Nəticədə Cavadovun komandası bu görüşdə 0:3 hesabıyla məğlub oldu. Vaqif bu görüşdə ciddi nə iləsə yadda qalmasa da, sports.ru onun çıxışını 5,5 balla qiymətləndirib. “Sport-ekspress” və “Sovetski sport” da Vaqifə 5,0 bal verib.
