28 oktyabr 2011 12:32
Yığmamız Şaxtyordan qisasını ala bilmədi
Ukraynada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması daha bir yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamızın bu dəfəki rəqibi də “Şaxtyor” (Donetsk) klubunun U-16 və U-17 komandalarının futbolçularından təşkil olunmuş komanda olub.
Qarşılaşma 3:1 hesabı ilə Ukrayna təmsilçsinin xeyrinə başa çatıb. Oyunda yığmamızın yeganə qolunu Ülvi Süleymanov vurub.
Xatırladaq ki, bundan bir neçə gün öncə baş tutan daha bir oyunda “Şaxtyor”lu futbolçular 2:0 hesablı qələbəyə sevinmişdilər.
