28 oktyabr 2011 12:48
Neftçi bu gün Dalğa Arenada son məşqə çıxacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının 11-ci turunda qarşılaşacağı "Turan"la oyunun hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, komanda üzvləri bu gün "Dalğa Arena"da məşq keçəcəklər.
Hazırlıq prosesi saat 15:00-da start götürəcək. Xatırladaq ki, oktyabrın 29-da "Dalğa Arena"da keçiriləcək "Neftçi" - "Turan" oyunu saat 15:00-da başlanacaq.
