28 oktyabr 2011 13:06
Əsgər Abdullayev: Neftçiylə oyunda heç-heçə də bizim üçün pis nəticə olmaz
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 11-ci turunun “Neftçi” ilə oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Bizi çox çətin oyun gözləyir. “Neftçi”nin “Qarabağ”la oyununa baxmışam. Bilirəm ki, rəqibimizin düşərgəsində necə köklənmə var. “Neftçi”nin heyətində istənilən görüşün taleyini həll edə biləcək xeyli oyunçu var. Amma biz istənilən halda uduzmaq istəmirik. Bizim üçün heç-heçə də pis nəticə deyil”.