29 oktyabr 2011 13:01
XL Neftçi ilə oyun öncəsi istirahətə buraxıldı
Dünən "Kəpəz" üzərində 1:0 hesablı qazanan "Xəzər Lənkəran"ın futbolçularına istirahət verilib. Azerisport.az xəbər verir ki, baş məşqçi Mirça Rednik yetirmələrini iki günlük istirahətə buraxıb.
Artıq yerli futbolçular evlərinə yollanıb. Legionerlər isə Bakıya gəlib. Komanda oktyabrın 31-də Bakıda toplaşacaq və həmin gün "Neftçi"nin köhnə bazasında ilk məşqinə çıxacaq. Bir gün sonra isə "Xəzər Lənkəran" Lənkərana yollanacaq və doğma şəhərdə "Neftçi" ilə "Böyük oyun"un hazırlıqlarını davam etdirəcək.
Qeyd edək ki, "Neftçi" - "Xəzər Lənkəran" oyunu Premyer Liqanın təsnifat mərhələsinin ikinci dövrəsinin ilk turunda - noyabrın 6-da keçiriləcək.
