29 oktyabr 2011 14:37

Neftçinin qənimləri Türkiyə millisinə qarşı

AÇ-2012-nin play-off mərhələsində Türkiyə millisi ilə qarşılaşacaq Xorvatiya yığmasının heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Slaven Biliç artıq 28 nəfərlik heyəti müəyyənləşdirib.
 
Avropanın aparıcı klublarında top qovan futbolçulara dəvət göndərən baş məşqçi "Tottenham"dən yarımmüdafiəçi Niko Krançar və "Hamburger"dan hücumçusu Mladen Petriçi yığmaya çağırmayıb. Buna səbəb həmin futbolçuların zədəli olmasıdı.
 
Baş məşqçi Çempionlar Liqasında "Dinamo"nun heyətində "Neftçi"yə qarşı oynamış futbolçulardan qapıçı İvan Kelava, müdafiəçilər Şime Vrsalko, Yosip Şimuniç və Domaqoy Vida, həmçinin yarımmüdafiəçi Milan Badelə dəvət göndərib.
 
Qeyd edək ki, Xorvatiya yığması noyabrın 6-da bir araya gələcək və hazırlığa başlayacaq. Xorvatlar noyabrın 11-də İstanbuldakı "Türk Telekom Arena"da Türkiyənin qonağı olacaq. Cavab matçı isə noyabrın 15-də "Dinamo" - "Neftçi" oyununun keçirildiyi "Maksimir" stadionunda baş tutacaq.
 
Qapıçılar: Stipe Pletikoşa (Rostov, Rusiya), Daniel Subaşiç (Hajduk), İvan Kelava (Dinamo, Zaqreb), Vyekoslav Tomiç (Karabükspor, Türkiyə);
 
Müdafiəçilər: Dario Srna (Şaxtyor, Ukrayna), Vedran Çorluka (Tottenham, İngiltərə), Şime Vrsalko (Dinamo, Zaqreb), Deyan Lovren (Olympique, Lion, Fransa), Yosip Şimuniç (Dinamo, Zaqreb), İvan Striniç (Dnepr, Ukrayna), Qordon Şildenfeld (Eintracht, Almaniya), Domaqoy Vida (Dinamo, Zaqreb), Manuel Pamiç (Sparta, Çexiya);
 
Yarımmüdafiəçilər: Oqnyen Vukoyeviç (Dinamo, Kiyev, Ukrayna), İvan Rakitiç (Sevilla, İspaniya), Tomislav Duymoviç (Dinamo, Moskva, Rusiya), Luka Modriç (Tottenham, İngiltərə), Milan Badel (Dinamo, Zaqreb), Mato Yayalo (Cologne, Almaniya), İvan Perişiç (Borussiya D, Almaniya), Daniel Pranyiç (Bayern, Almaniya), İvo İliçeviç (Hamburger, Almaniya);
 
Hücumçular: Mario Mancukiç (Wolfsburg, Almaniya), Eduardo Da Silva (Şaxtyor, Ukrayna), Nikitsa Yelaviç (Glasgow Rangers, Şotlandiya), Nikola Kaliniç (Dnepr, Ukrayna), İvan Klasniç (Bolton, İngiltərə), İvitsa Oliç (Bayern, Almaniya).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.