29 oktyabr 2011 17:09
Böyükağa Hacıyev: Turan çox yaxşı təsir bağışladı
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev Premyer Liqanın 11-ci turunun “Turan”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 1:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Əsas odu ki, qələbə qazandıq. Rəqib çox yaxşı təsir bağışladı. Biz çoxlu vəziyyətləri boşa verdik. Bunu xüsusilə Flavinyoya aid etmək olar. Hansı ki, o, belə epizodları gözü yumulu qola çevirirdi”.
