29 oktyabr 2011 17:17
Əsgər Abdullayev: Deməzdim ki, biz pis oynadıq
“Turan”ın baş məşqçisi Əsgər Abdullayev Premyer Liqanın 11-ci turunun “Neftçi”ylə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Tovuz klubunun çalışdırıcısı 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Deməzdim ki, biz pis oynadıq. Hələ yenicə özümüzə gəlməyə başlamışıq. Gizlətmirəm ki, klubda maliyyə cəhətdən problemlər mövcud idi. Amma yavaş-yavaş vəziyyət düzəlir”.
