29 oktyabr 2011 17:42
Yuran: Futbolçular bütün tapşırıqları layiqincə yerinə yetirdilər
“Simurq”un baş məşqçisi Sergey Yuran Premyer Liqanın 11-ci turunun “Qəbələ” ilə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala klubunun rusiyalı çalışdırıcısı 2:0 hesabıyla qələbə qazandıqları görüşdən sonra bunları dilə gətirib:
“Bu gün çox gözəl, baxımlı oyun keçdi. Futbolçular verdiyim bütün tapşırıqları layiqincə yerinə yetirdilər. “Qəbələ” komandası çox səviyyəli oyun nümayiş etdirdi. Toni Adamsın rəhbərliyində “Qəbələ” bu gün çox güclü təsir bağışladı. Bugünkü oyunda ilk qolu vuran komandanın qalib gələcəyini təxmin etmək olardı. “Qəbələ”yə gələcək oyunlarda uğurlar arzulayıram. Qələbəyə görə də öz oyunçularıma təşəkkür edirəm”.
