29 oktyabr 2011 17:50
Toni Adams: Simurqun qələbəsinə kölgə salmaq fikrində deyiləm
“Qəbələ”nin baş məşqçisi Toni Adams Premyer Liqanın 11-ci turunun “Simurq”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Qəbələ klubunun britaniyalı çalışdırıcısı 0:2 hesabıyla məğlub olduqları görüşdən sonra bunları dilə gətirib:
“Futbolçularım çox zəif təsir bağışladılar. “Simurq”un qələbəsinə kölgə salmaq fikrində deyiləm. Rəqibimiz çox yaxşı oyun nümayiş etdirdi. Komandamın oyunundan xoşum gəlmədi. “Simurq” çox güclü oyun göstərdi. “Simurq”a gələcək oyunlarda uğurlar arzulayıram”.
