30 oktyabr 2011 00:03
Neftçisayağı inad və ya Qəbələnin fiaskosuna davam
Futbol üzrə Azərbaycan Premyer Liqasında ilk dövrənin sonuncu - 11-ci turunun daha iki oyunu geridə qaldı. Azerisport.az xəbər verir ki, əslində hər iki qarşılaşmanın sensasiyasız ötüşəcəyi proqnozlaşdırılsa da, qarşılaşmaların gedişi tam fərqli mətləbləri üzə çıxardı.
Bir gün öncə “Qarabağ” “Bakı” üzərində qələbə sayəsində ikinciliyi ələ keçirdiyindən, “Neftçi” “Turan”la ev oyunundan mütləq qələbəylə ayrılmalıydı. Əks halda bu komanda ilk dövrəni ikinci yerdə bitirmək şansını əldən verəcəkdi. “Turan” isə ən azı 1 xal qazanmağı hədəfləmişdi. Hər halda əzəli rəqib olan tərəflərin mübarizəsində son çempionun qələbə qazanacağına inananlar daha çox idi.
Lakin qarşılaşma “Neftçi” üçün heç də asan alınmadı. Gözlənildiyi kimi, müdafiə futbolu oynayan Tovuz klubu rəqibə qol vurmaq şansı verməmək üçün əlindən gələni edirdi. Əsgər Abdullayevin komandası tam müdafiə olunmaqla ən azı qolsuz heç-heçəyə nail olmaq istəyini gizlətmirdi. Hər halda qonaqların bu çətin səfərdən 1 xalla dönməsi də onlar üçün böyük uğur sayılacaqdı.
Amma “ağ-qaralar” “Dalğa Arena”da qəbul etdikləri rəqibini məğlub etmək üçün əllərindən gələni etdilər. Bu mənada ən fəallardan biri məhz Flavinyo idi. Lakin o, bu görüşdə bir çox inanılmaz epizodları boşa verməsiylə diqqət mərkəzinə düşdü. Matçın 40-cı dəqiqəsində braziliyalı futbolçu hətta penaltini də qapının üstündən vurmaqla komandasının vəziyyətini çətinləşdirdi.
Bütün bunlara baxmayaraq, paytaxt klubu əzəli rəqibini yenməyi bacardı. Son saniyələrdə qapı qarşısında yaranan qarışıqlıqdan Nasimov yaxşı yararlandı. Beləcə, Böyükağa Hacıyevin komandası minimal hesablı qələbə sayəsində növbəti 3 xalını qazandı. Hansı ki, bu 3 xal “ağ-qaralar”ı yenidən ikinci pilləyə qaytardı. Beləcə, “Neftçi” ikinci dövrənin ilk turunda qəbul edəcəyi prinsipial rəqibi – ilk dövrənin çempionu olan “Xəzər Lənkəran”la oyuna 4 xallıq fərqi azaltmaq üçün çıxacaq.
Günün digər oyununda – “Qəbələ” – “Simurq” görüşündə də meydan sahiblərinin qələbə qazanacağını gözləyənlər çox idi. Axı Zaqatala klubu son dövrlər bir qayda olaraq məğlubiyyətləri sıralayırdı. Düzdü, həmin görüşlər iddialılarla olmuşdu və maraqlıdı ki, Sergey Yuranın komandası cəmi 1 qolla məğlub olmuşdu. Yəni ən azı sərgilədiyi oyunla Zaqatala klubu daha artığına layiq olduğunu çoxlarına sübut etmişdi. Amma rəqibi ilə müqayisədə çox üstün olan Toni Adamsın komandasının bu görüşdə də xal itirməsi az inandırıcı görünürdü. Ən azı ona görə ki, bir neçə tur öncə evdə “Rəvan”a uduzan, çoxlu xal itirən “Qəbələ”nin yenə uğursuzluqla üzləşməyə haqqı yox idi.
Amma deyəsən nəinki həmin çoxlu xal itkiləri, heç “Rəvan”a məğlubiyyət də qəbələlilərə dərs olmayıb. Çünki Adamsın yetirmələri elə bu görüşdə də arxayınlığın qurbanı oldular. Zaqatala təmsilçisi isə rəqibinə layiqli müqavimət göstərməklə hər hissəyə bir qol vurub, möhtəşəm qələbə qazandı. Bu məğlubiyyət bir daha göstərdi ki, “Qəbələ” hələ də çempionluq uğrunda mübarizə aparmağa qadir deyil. “Simurq” isə bu qələbə ilə heç də aşağı pillələrdə yer almağa layiq olmadığını isbatladı. Hansı ki, qazanılan 3 xal Zaqatala təmsilçisini iki pillə irəli atdı.
Premyer Liqa
11-ci tur
29 oktyabr
Neftçi - Turan - 1:0 (0:0)
Qol: Bahodir Nasimov, 90.
Matçın 40-cı dəqiqəsində Flavinyo penaltidən yararlana bilməyib (kənara)
Vərəqələr: Denis Silva, 58 (qeyri-idman hərəkəti) - Məhərrəm Müslümzadə, 25 (qeyri-idman hərəkəti), Azər Məmmədov, 39 (simulyasiya), Ayxan Abbasov, 65 (qeyri-idman hərəkəti), Rudison Ferreyra, 71 (simulyasiya), Hafiz Əliyev, 74 (qeyri-idman hərəkəti) – sarı.
Hakimlər: Ceyhun Haşımov, Azər Əsgərov, Ramiz Əsədov, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Rüfət Hüseynov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
29 oktyabr 2011. Bakı. "Dalğa Arena" stadionu. 300 tamaşaçı.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitreski, 6. Slavço Georgiyevski (10. Emil Mpenza, 70), 9. Flavinyo (22. Fərid Quliyev, 90+3), 11. Cavid Hüseynov (25. Cavid İmamverdiyev, 46), 14. Bahodir Nasimov, 15. Ruslan Abışov (k), 16. Alessandro Viana da Silva, 18. Ruslan Əmircanov, 27. Rəşad Abdullayev.
Ehtiyat oyunçular: 1. Rauf Mehdiyev, 17. Araz Abdullayev, 19. Mirhüseyn Seyidov, 32. Elvin Yunuszadə.
Baş məşqçi: Böyükağa Hacıyev.
Turan: 1. Anar Nəzirov, 3. Aftandil Hacıyev, 14. Aleksandr Qoqoberişvili, 22. Məhərrəm Müslümzadə, 7. Ramal Hüseynov (k), 18. Hafiz Əliyev, 19. Ruslan Abbasov (27. Zura Dzamsaşvili, 46), 5. Ayxan Abbasov, 29. Rudison Ferreyra (28. Tuqay Alhüseynli, 71), 24. Sergey Artyux, 20. Azər Məmmədov (8. Akif Tağıyev, 65).
Ehtiyat oyunçular: 12. Natiq Səhrətov, 10. Nadir Nəbiyev, 9. Yasin Abbasov, 25. Camal Məmmədov.
Baş məşqçi: Əsgər Abdullayev.
Qəbələ - Simurq - 0:2 (0:1)
Qollar: Yevgeni Şmakov, 40 (0:1), Robertas Poşkus, 59 (0:2).
Vərəqələr: Serge Djiehoua, 41 (qeyri-idman hərəkəti), Viktor Mendi, 57 (rəqibə badalaq vurduğuna görə) - Yevgeni Şmakov, 45 (fitdən sonra topa zərbə), Rasim Ramaldanov, 47 (sistematik oyun qaydalarını pozduğuna görə), Kristap Qrebis, 80 (meydana icazəsiz daxil olduğuna görə) – sarı.
Hakimlər: Fariz Yusifov, Namiq Hüseynov, Yaşar Abbasov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Adil Nadirov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
29 oktyabr 2011. Qəbələ şəhər stadionu. 500 tamaşaçı
Qəbələ: 12. Pavel Doroşev, 3. Vurğun Hüseynov, 4. Mahir Şükürov (k), 6. Lyuba Baranin, 8. Bruno da Silva, 9. Viktor Mendi, 10. Deon Barton, 11. Serge Djiehoua (14. Veselko Trivunoviç, 53), 20. Stiv Olfers (18. Aleksandr Çertoqanov, 58), 33. Saşa Yunisoğlu, 77. Dodo.
Ehtiyat oyunçular: 30. Qrem Smit, 15. Nodar Məmmədov, 16. Abdulkader Kamara, 17. Arif İsayev, 26. Daniel Lopes Kruz.
Baş məşqçi: Toni Adams.
Simurq: 32. Adnan Hodziç, 3. Rasim Ramaldanov (k), 79. Vidas Alunderis, 13. Aleksandr Şemonayev, 2. İlkin Qırtımov, 4. Vasili Yanotovski, 77. Daniel Genov, 28. Yevgeni Şmakov, 10. Tofiq Mikayılov (8. Qərib İbrahimov, 40), 11. Robertas Poşkus (21. Kristap Qrebis, 83), 14. Andrey Rubin (9. Əli Bağırov , 65).
Ehtiyat oyunçular: 1. Fuad Əhmədov, 17. Rüstəm Məmmədov, 23. Ruhid Usubov, 15. Anar Həsənli.
Baş məşqçi: Sergey Yuran.
Qeyd edək ki, turun iki matçı ilk oyun günündə keçirilmişdi: Qarabağ – Bakı - 2:1, Xəzər Lənkəran - Kəpəz - 1:0. Qalan iki matç isə bu gün keçiriləcək: Sumqayıt Şəhər – AZAL, Rəvan – İnter.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
Qarabağ
|
11
|
6
|
2
|
3
|
15-10
|
20
|
|
4
|
İnter
|
10
|
5
|
3
|
2
|
8-6
|
18
|
|
5
|
Bakı
|
11
|
4
|
4
|
3
|
12-10
|
16
|
|
6
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
12-13
|
15
|
|
7
|
Rəvan
|
10
|
3
|
4
|
3
|
13-13
|
13
|
|
8
|
Kəpəz
|
11
|
3
|
3
|
5
|
15-17
|
12
|
|
9
|
Simurq
|
11
|
3
|
2
|
5
|
9-12
|
11
|
|
10
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
11
|
AZAL
|
10
|
2
|
4
|
4
|
11-14
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
10
|
0
|
3
|
7
|
3-14
|
3
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).
