30 oktyabr 2011 19:40
Yığmamız Ukrayna ilə sülh bağlayıb, AÇ-dən kənarda qaldı (YENİLƏNİB)
Bu gün 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında yığmalar arasında Avropa çempionatının seçmə mərhələsində 7-ci qrupun oyunlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, Azərbaycan millisi də məhz sözügedən qrupdan çıxmaq üçün mübarizə aparırdı.
Təbriz Həsənovun yetirmələri Belçika, Xorvatiya və Ukrayna seçmələri ilə yarışırdı. Millimiz ilk matçını məhz qrupumuzun oyunlarına ev sahibliyi edən Xorvatiyaya qarşı keçirmişdi və 2:1 hesabıyla qələbə qazanmışdı. İkinci oyununda isə futbolçularımız Belçika ilə üz-üzə gəldilər və təəssüf ki, hətta penalti də qazandığımız görüşdə minimal hesablı yenilgiylə üzləşdik.
Həlledici oyunda isə komandamızı lider Ukrayna ilə üz-üzə gəldi. Hansı ki, bu komanda ilk oyununda Belçikanı məğlub etdiyi halda (2:0), sonra Xorvatiyaya uduzmuşdu – 0:1. Buna baxmayaraq, qrupda birinci olan ukraynalılarla dueldə millimiz növbəti mərhələyə adlamaq üçün mütləq qələbə qazanmalıydı. Lakin təəssüf ki, qarşılaşma qolsuz heç-heçəylə başa çatıb. Hansı ki, bu heç-heçə daha çox ukraynalıların işinə yaradı.
Qeyd edək ki, bu gün həm də millimizin yer aldığı qrupda Xorvatiya ilə Belçika üz-üzə gəlib. Kifayət qədər məhsuldar alınan görüş belçikalıların qələbəsiylə başa çatıb və bu komanda qrupu lider kimi tamamlayıb.
AÇ-nin seçmə mərhələsi
7-ci qrup
30 oktyabr
Azərbaycan – Ukrayna - 0:0 (0:0)
Baş hakim: Andris Treymanis (Latviya).
Poreç. “Veli Yoş” stadionu.
AZƏRBAYCAN: 1. Əyyub Əliyev (k), 3. Şirməhəmməd Məmmədov, 4. Sadiq Quliyev, 6. Kamran Abdullazadə, 7. Namiq Ələsgərov, 8. Kənan Manafov, 9. Qurbanəli Əliyev, 10. Orxan Əliyev, 11. Vahid Zülqədr, 14. Şamil Camaləddinov, 15. Elvin Bədəlov.
Ehtiyat oyunçular: 12. Polad Mirzəzadə, 2. Elvin Camalov, 13. Ramin Şirinov, 17. Coşqun Diniyev, 18. Nurlan Əhmədov.
Baş məşqçi: Təbriz Həsənov.
Oyun başladı
3. Orxan Əliyevin zərbəsi qapıdan aralı keçir
6. Ukraynalılar da buna Sobolun qeyri-dəqiq zərbəsiylə cavab verir
8. Zülqədr az qala komandamızı hesabda önə keçirəcəkdi. Ancaq rəqib qapıçı sayıqdı
10. Xaratin də qeyri-dəqiq zərbə ilə yadda qalır
21. Zaviyski qapımıza doğru qeyri-dəqiq zərbə ilə yadda qalır
28. Q.Əliyevin zərbəsi qapıdan aralı keçir
33. Komandamızın kornerdən fərqlənmək istəyi alınmır
38. Məmmədov sarı vərəqə alan ilk futbolçu olur
Birinci hissə başa çatdı
İkinci hissə
41. Ukraynalıların kornerdən qol vurmaq istəyi bəhrəsiz qalır
44. Komandamız hesabı açmağa yaxın idi. Ələsgərovun künc nöqtəsindən göndərdiyi topu Abdullazadə qapıya yönəltsə də, rəqib qapıçı əla seyvlə komandasını qoldan xilas edir
48. Ukraynalıların iki ardıcıl künc zərbəsindən fərqlənmək arzuları gözündə qalır
55. Lazaroviç hesabı açmağa yaxın olsa da, qapıçımız əla seyvlə qola imkan vermir
58. Ələsgərovun zərbəsini qapıçı dəf edir
62. Yığmamız kornerdən istədiyi kimi yararlana bilmir
65. Çeredniçenko futbolçumuza qarşı qaydanı pozur və sarı vərəqə alır
67. Manafovun əvəzində meydana Diniyev çıxır
80. Yastrubun zərbəsi qapıdan aralı keçir
80+2. Komandamız daha bir künc zərbəsi qazanır. Amma bu şansdan da yararlana bilmirik
Matç başa çatdı
Xorvatiya – Belçika - 3:4 (0:1)
Qollar: Mandiç, 72, Faletar, 79, Kolar, 80+4 - Miloşeviç, 20; 50, Dyerks, 62; 80.
Baş hakim: İstvan Kovaç (Rumıniya)
Noviqrad. “Laço” stadionu.
|
1. Belçika
|
3
|
2
|
0
|
1
|
5-5
|
6
|
|
2. Ukrayna
|
3
|
1
|
1
|
1
|
2-1
|
4
|
|
2. Azərbaycan
|
3
|
1
|
1
|
1
|
2-4
|
4
|
|
4. Xorvatiya
|
3
|
1
|
0
|
2
|
5-6
|
3
|
