29 oktyabr 2011 11:28

Ansi Aqolli: Ümid edirəm ki, Neftçiylə İnter xal itirəcək

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Premyer Liqanın 11-ci turunun “Bakı” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb. Albaniyalı müdafiəçi iki ay sonra Quzanlıda keçirdikləri oyunda qazandıqları qələbə ilə bağlı öncə bunları dilə gətirib:

“Çox çətin oyun oldu. Amma hər şeyə rəğmən, bizim üçün bu oyunda hər şeydən önəmli olan 3 xal qazanmaq idi. Buna da nail olduğumuz üçün şadıq”.
 
Aqolli bu oyunda hesabı açan həmyerlisi Admir Telinin qolunun vacibliyindən də danışıb. Axı komanda yoldaşı bir neçə gün öncə baş tutan “Neftçi” ilə oyunda (2:3) avtoqola imza atmaqla komandasının məğlubiyyətində əsas səbəbkarlardan biri olmuşdu: “Həmin oyunda Telinin sadəcə bəxti gətirmədi. Nəinki onun, ümumilikdə komandanın da həmin gün bəxti gətirmədi. Bu gün isə o, qol vurdu. Hansı ki, bu qol komandamıza çox kömək etdi”.
 
Aqolli yaradılan çoxsaylı qol vəziyyətlərinin boşa verilməsindən də danışıb: “Biz demək olar ki, hər oyunda çoxlu qol vəziyyətləri yaradırıq. Elə hücumları qolla tamamlamağa borcluyuq. Amma bu baxımdan işlər heç də istədiyimiz kimi getmir. Hesab edirəm ki, hələ bəxtimiz gətirmir. Hər şeydən önəmli olan isə qələbədi”.
 
Albaniya yığmasının da şərəfini qoruyan təcrübəli futbolçu bildirib ki, ikinci pillədə olmalarına baxmayaraq, hələ bu barədə konkrer nəsə demək tezdi: “Ümid edirəm ki, əsas rəqiblərimizdən “Neftçi”ylə “İnter” xal itirəcəklər və biz ikinci pillədə qalacağıq. Amma əsas bizim öz oyunumuzdu. Çempionat uzun marafondu. Odu ki, hər komandadan sürpriz gözləmək mümkündü. Hələ çox şey qabaqdadı”.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.