29 oktyabr 2011 12:03
Mirça Rednik: Neftçiylə hətta səhər tezdən də oynamağa hazırıq
“Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik “Neftçi” ilə Azərbaycan superkuboku uğrunda oyun keçirmək ideyası ilə bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində rumıniyalı mütəxəssis bildirib ki, paytaxt klubuyla harda və nə vaxt lazımdısa, oynamağa hazırdılar:
“Bizim üçün “Neftçi”ylə harda oynamağın fərqi yoxdu. Gəncədə deyəcəklər, orda da oynayacağıq. Desələr, gecə oynayın, gecə oynayacağıq. Əgər məni hətta səhər tezdən də oyatsalar, mən komandamı “Neftçi”ylə oyuna çıxarmağa hazıram”.