29 oktyabr 2011 12:37
Deyan Rusiç: Bu qolu azarkeşlərimizə həsr edirəm
“Xəzər Lənkəran”ın hücumçusu Deyan Rusiç Premyer Liqanın 11-ci turunun “Kəpəz”lə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində o, komandasına qazandırdığı 1:0 hesablı qələbə ilə bağlı bunları dilə gətirib:
“Bu qolu azarkeşlərimizə həsr etmək istəyirəm. Çünki “Xəzər Lənkəran”dakı ilk qolumu “Bakı”ya vursam da, onu ailəmə həsr etmişdim. İndi isə növbə azarkeşlərindi. Axı bizim azarkeşlər fantastikdilər”.
