29 oktyabr 2011 00:28
“Foqts Albaniya ilə oyundan sonra Azərbaycan millisindən ayrılacaq”
Futbol üzrə yığma komandamızın baş məşqçisi Berti Foqts AFFA ilə yeni müqavilə imzalamayacaq. Azerisport.az xəbər verir ki, bu barədə Almaniyanın FAZ nəşri məlumat yayıb.
Sözügedən orqanın yaydığı xəbərə görə, noyabrın 11-də keçiriləcək Albaniya ilə oyun almaniyalı mütəxəssisin yığmamızdakı son matçı olacaq. Buna səbəb kimi isə yerli klublarla Foqts arasındakı fikir ayrılığı əsas göstərilir:
“Klubların məşqçiləri Foqtsun tələblərini eşitmirlər. Hansı ki, o, tez-tez komandaların məşq proseslərindən narazılığını bildirirdi. Bununla yanaşı, Foqts həm də klublardakı legionerlərin sayının çox olmasından çox narazıdı”.

FAZ-ın məlumatına görə, sözügedən məsələ ilə bağlı yekun qərar noyabrda veriləcək: “Tiranada Foqts AFFA-nın baş katibi Elxan Məmmədovla birgə olacaq. Mümkündü ki, elə ordacaq müqaviləni yeniləməklə bağlı danışıqlar olsun. Amma bütün bunlar formal xarakter daşıyacaq. Məhz Albaniya ilə oyundan sonra baş məşqçi yekun qərarını verəcək”.
Qəzetin yazdığı məlumatda o da bildirilir ki, artıq Foqtsa digər yığmalardan dəvət var: “Onun xidmətində iki ölkə daha çox maraqlıdı. Böyük ehtimalla o, Türkiyə yığmasının baş məşqçi postunda Quus Hiddinki əvəzləyəcək”.