29 oktyabr 2011 18:04
Eto`O Vaqif Sadıqovu sevindirdi (YENİLƏNİB)
Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin sabiq baş məşqçisi Vaqif Sadıqovun məşqçi işlədiyi "Anji" bu turda “Amkar”ı qəbul edib.
Qeyd edək ki, son dövrlər heç də uğurlu çıxışı ilə seçilməyən Mahaçqala təmsilçisi artıq 8-ci pilləyə qədər geriləyib. Perm təmsilçisi olan rəqib isə 12-ci yerdə gedirdi və “Anji”nin bu oyunda qələbə qazanmasına mane olacağı inandırıcı görünmüdü.
Gözlənildiyi kimi, meydan sahibləri bu dueldən qələbəylə ayrılıblar. Hər hissəyə vurulan bir qol Sadıqovun komandasına 3 xal qazandırıb. "Amkar" buraxılan qollardan yalnız birinin əvəzini çıxa bilib.
Rusiya Premyer Liqası
29-cu tur
29 oktyabr
Anji - Amkar - 2:1 (1:0)
Qollar: Jirkov, 44, Eto`O, 80 - Mixalev, 90.
