29 oktyabr 2011 17:30
Amit 90 dəqiqə oynadı, komandası zirvədə qaldı (YENİLƏNİB)
Türkiyənin Bank Asya birinci liqasında 9-cu turun oyunları keçirilir. Azerisport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Amit Quluzadənin çıxış etdiyi “Kayseri Erciyesspor” da bu gün növbəti oyununa çıxıb.
Həmyerlimizin komandası səfərdə əsas rəqiblərindən olan “Boluspor”la qarşılaşıb. Bundan öncə keçirdiyi yeddi oyunun dördündə heç-heçə edib, dördündə də qələbə qazanan Kayseri təmsilçisi mövsümün 3 yenilməz komandasından biriydi. Kayserililər uğurlu seriyanı bu oyunda da davam etdirmək arzusundadıydılar.
Lakin rəqib komanda da məhz “Kayseri Erciyesspor” kimi dörd oyunda qələbə qazanıb, dördündə heç-heçə etmiş, 16 xalla birgə zirvəni bölüşən iddialılardan idi. Bir sözlə altı xallıq oyunda qələbə qazanan tərəf çox böyük üstünlük əldə edəcəkdi.
Görüşdə hesabı məhz meydan sahibləri açıblar. Lakin tezliklə qonaqlar hesabı bərabərləşdiriblər. Son dəqiqələrdə isə Kayseri klubu qələbə qoluna imza atıb. Beləcə, həmyerlimizin komandası vahid liderliyi ələ keçirib.
Komandasının əsas heyət oyunçularından birinə çevrilən Amitin bu dəfə də oynaması istisna olunmurdu. Gözlənildiyi kimi, baş məşqçi Fikret Yılmaz ona start heyətində yer verib. Amit 90-cı dəqiqədə sarı vərəqə alıb və dərhal əvəzlənib.
Türkiyə Bank Asya birinci liqası
9-cu tur
29 oktyabr
Boluspor - Kayseri Erciyesspor - 1:2 (1:1)
Qollar: Veysel Cihan, 2 - Emrah Bokurt, 13, Gökhan Kaba, 90.
