30 oktyabr 2011 16:06
Rəvan İnteri məğlub edəcək
Azerisport.az daha bir sorğusuna yekun vurub. “Sizcə, 11-ci turun “Rəvan” – “İnter” matçı necə başa çatacaq” sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyini təqdim edirik.
Beləliklə, sorğuya qatılanların 42 faizi paytaxt derbisində “Rəvan”ın qalib gələcəyini düşünür. Respondentlərin 31 faizi isə paytaxt klublarının meydandan sülhlə ayrılacağını proqnozlaşdırır.
“İnter”in qalib gəlmək şansının yüksək olduğuna yalnız 27 faiz respondent inanır.
