30 oktyabr 2011 16:18
Elxan Abdullayev: Bu oyuna və nəticəyə görə utanıram
AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 11-ci turunun “Sumqayıt Şəhər”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, komandasının növbəti – 1:2 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Etiraf edim ki, bu, mənim karyeramda ən pis oyun idi. Bu görüşə və nəticəyə görə utanıram. Sadəcə, sözüm yoxdu”.
