30 oktyabr 2011 16:24
Bernard Raab: Bu, mövsümdəki ən yaxşı oyunumuz idi
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab Premyer Liqanın 11-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, almaniyalı mütəxəssis komandasının elitada qazandığı ilk qələbə (2:1) ilə bağlı bunları dilə gətirib:
“Bu, komandamın mövsümdəki ən yaxşı oyunu idi. Son 4-5 matçda da qələbə qazana bilərdik. Amma alınmırdı. Bu dəfə isə istəyimizə nail ola bildik. Birinci hissədə komanda yaxşı təsir bağışladı, iki qol vurdu. Amma fasilədən sonra bəzi dəyişikliklər oldu ki, bu da oyunumuza təsirsiz ötüşmədi”.
