30 oktyabr 2011 19:25
Vladislav Qədirov Rəvanla ilk məğlubiyyətini şərh etdi
“Rəvan”ın baş məşqçisi Vladislav Qədirov Premyer Liqanın 11-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, o, 1:2 hesabıyla yenildikləri oyundan sonra bunları dilə gətirib:
“Dörd oyun idi ki, uduzmurduq. Bu oyunun çox çətin keçəcəyini bilirdik. “İnter” həm fiziki, həm də taktiki cəhətdən yaxşı komandadı. İki fərqli hiss izlədik. İlk hissədə iki qol buraxdıq. İkinci hissədə potensialımızı artırdıq. Bir qol vurduq, ancaq penaltidən yararlana bilmədik. Növbəti tur “Simurq”la oyunumuz var, o oyuna hazırlaşacağıq”.
Qeyd edək ki, bu, Qədirovun “Rəvan”la ilk məğlubiyyəti idi.
