30 oktyabr 2011 10:33

Ruslan Abışov: Xəzər Lənkəranı xalsız yola salmaq istəyirik

“Neftçi”nin müdafiəçisi Ruslan Abışov Premyer Liqanın 11-ci turunun “Turan”la oyunundan (1:0) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Başa düşürdük ki, çətin oyun olacaq. Onu da bilirdik ki, rəqib əsasən müdafiə olunacaq. Buna baxmayaraq, biz çoxlu qol vəziyyətləri yarada bildik. Uşaqlar sağ olsunlar ki, sonda qol vurmağı bacardılar. Ümid edirəm ki, bundan sonra daha asan qələbələr əldə edəcəyik”.
 
- Yəqin ki, oyundan öncə heç siz özünüz də qələbənin bu qədər çətin başa gələcəyini gözləmirdiz...
- Həqiqətən, rəqib müdafiəyə çox qapanmışdı. Qələbənin bu qədər çətin alınması da başadüşüləndi. Onlar bura bir xal qazanmaq üçün gəlmişdilər. Bizim vəzifəmiz isə daha çətin idi. Ancaq qələbə qazanmaq istəyirdik. Düzdü, ilk yarıda hesabı açsaydıq, rəqib daha bu qədər qapalı oyun sərgiləməyəkdi və işimiz asanlaşacaqdı. Amma təəssüf ki, hər şey bizim üçün ən çətib məcrada davam etdi.
 
- Razısız ki, bu gün Flavinyonun günü deyildi?
- Bununla razılaşmamaq olmaz. O, penaltini də vura bilmədi. Üstəlik çoxsaylı qol epizodlarını dəyərləndirmədi. Əvəzində vurulan qolda onun da xidməti vardı. Eybi yox, “Xəzər Lənkəran”la oyunda daha uğurlu çıxış edər.

- Bu qələbə “Xəzər Lənkəran”la vacib oyun öncəsi düşərli ola bilərmi?
- Şübhəsiz ki, bu qələbə növbəti oyuna hazırlığımıza təsir edəcək. Belə oyun öncəsində müsbət emosiya həmişə vacibdi, faydalıdı. Komandada özünəinam artdı. Əks halda komandada psioxloji şok yarana bilərdi. Bu isə “Xəzər Lənkəran”la oyun öncəsi bizə lazım deyil.
 
- Həmin oyun ərəfəsində nə düşünürsüz?
- İlk növbədə birinci dövrədəki məğlubiyyətin revanşını almaq. Baxımlı futbol sərgiləməyə və rəqibimizi Lənkərana xalsız yola salmaq istəyirik.
 
- Revanş hissindən başqa heç nə yoxdu?
- Yox, niyə ki? Qələbə aradakı xal fərqini minimuma endirəcək. Bundan niyə də istifadə etməyək?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.