31 oktyabr 2011 00:03
Premyer Liqamızda qələbəsiz komanda qalmadı
Premyer Liqada ilk dövrəyə yekun vuruldu. Azerisport.az xəbər verir ki, birinci dövrənin axırıncı turunun (11) son oyun günündə də 2 qarşılaşma baş tutdu.
Bu görüşlərdən daha çox maraq doğuranı Bakıda keçirilirdi. “Dalğa Arena”da son turların qəhrəmanları - "Rəvan"la "İnter" üz-üzə gəlirdi. Məlum olduğu kimi, “Rəvan” yeni baş məşqçisi Vladislav Qədirovun gəlişindən bəri məğlubiyyət tanımırdı. Paytaxt təmsilçisi keçirdiyi son 4 görüşdən yalnız birində - “Qarabağ”la görüşdə heç-heçə etdiyi halda, digərlərini qələbə ilə başa vurmuşdu. Özü də bu qələbələrdən biri “Qəbələ”, digəri isə AZAL-la səfər matçında qeydə alınmışdıb. “İnter” isə son üç turda “Xəzər Lənkəran”, “Neftçi” üzərində qələbələr və “Qəbələ” ilə son oyundakı heç-heçə ilə diqqətləri özünə çəkmişdi. Hər halda ikisi də yüksəlişdə olan paytaxt klublarının derbisi çox maraqla gözlənilirdi.
Gözlənildiyi kimi, azarkeşlər bu klubların ifasında kifayət qədər maraqlı alınan açıq futbolun şahidi oldular. Bu isə daha çox “İnter”in işinə yaradı. Belə ki, qısa müddət ərzində iki qol vuran “bankirlər” matçın müqədərratını böyük ölçüdə həll etmiş oldular. Qeyd etmək yerinə düşər ki, vurulan qollardan birincinin müəllifi olan gənc Elnur Abdulov ikinci qolda da məhsuldar ötürməylə diqqətləri çəkməyi bacardı.
Qarşılaşmaya gəlincə, iki qoldan sonra “İnter”in artıq əks-hücum taktikası seçməsi “Rəvan”ın işini çətinləşdirdi. Çünki hücumda ciddi heç nəyə nail ola bilməyən debütant tez-tez də əks-hücumlarda yaxalanırdı. “Rəvan” yalnız matçın sonlarında əla qol epizodları yarada bildi. Əvəzetmələrdən sonra daha da kəsərli hücumlar quran Qədirovun komandası penalti qazansa da, bu şansını da qaçırdı. Düzdü, meydan sahibləri təsəlli qoluna imza atsa da, digər şansları boşa verdi və nəticədə uzun müddətdən sonra məğlubiyyətlə üzləşdi. Hansı ki, bu yenilgi Qədirovun gəlişindən bəri ilk dəfə baş verdi. “İnter” isə bu qələbə sayəsində ilk dövrəni üçüncü pillədə başa vurdu.
Son oyun gününün digər matçı isə çempionatın aşkar autsayderləri - "Sumqayıt Şəhər"lə AZAL arasında baş tutdu. “Təyyarəçilər” son dövrlər qələbə üzünə həsrət idi. Xüsusilə, son turda “Rəvan”a ev məğlubiyyətindən sonra komandada əhval-ruhiyyə yaxşı deyildi. Elxan Abdullayevin komandası uğursuzluq zolağından bu oyunda çıxmağı hədəfləmişdi.
Sumqayıt klubu isə ümumiyyətlə qələbə qazana bilməmişdi. Debütant nəhayət bu dəfə istəyinə çatmaq əzmindəydi. Axı psixoloji cəhətdən problemləri olan komandayla oyunda belə şansı qaçırmaq olmazdı. Həftəiçi ölkə kuboku çərçivəsində keçirilən “Lokomotiv”lə oyunda ilk rəsmi qələbəsini qazanan Bernard Raabın komandası belə bir tarixi uğuru Premyer Liqada da rəsmiləşdirə bilərdi. Ən azı ona görə ki, qarşılaşmanın doğma meydanda keçirilməsi sumqayıtlılara əlavə üstünlük qazandırırdı.
Nə qədər gözlənilməz olsa da, AZAL turnir cədvəlinin zirzəmisində olan komandaya da məğlubiyyətdən qaça bilmədi. Digər oyunda olduğu kimi, bu görüşdə də ilk qolun müəllifi (Elnur Abdulov) komandasının digər qolunda da məhsuldar ötürməylə yadda qaldı. Elə “təyyarəçilər” də buraxdığı qollardan yalnız birinin əvəzini çıxsa da, bundan artığına gücləri çatmadı. Beləcə, “Sumqayıt Şəhər” öz tarixinin ilk qələbəsini rəsmiləşdirməklə yanaşı, AZAL-la arasındakı xal fərqini azaltmış oldu.
Nə qədər gözlənilməz olsa da, AZAL turnir cədvəlinin zirzəmisində olan komandaya da məğlubiyyətdən qaça bilmədi. Digər oyunda olduğu kimi, bu görüşdə də ilk qolun müəllifi (Elnur Abdulov) komandasının digər qolunda da məhsuldar ötürməylə yadda qaldı. Elə “təyyarəçilər” də buraxdığı qollardan yalnız birinin əvəzini çıxsa da, bundan artığına gücləri çatmadı. Beləcə, “Sumqayıt Şəhər” öz tarixinin ilk qələbəsini rəsmiləşdirməklə yanaşı, AZAL-la arasındakı xal fərqini azaltmış oldu.
Qeyd edək ki, məhz sözügedən oyundan sonra artıq Premyer Liqamızda qələbə qazanmayan komanda qalmadı. Belə uğursuzluq yalnız Sumqayıt təmsilçisinə məxsus idi ki, onlar da bu qara zolaqdan çıxa bildilər.
Bununla da Premyer Liqanın təsnifat mərhələsində birinci dövrəyə yekun vuruldu. Amma ikinci dövrənin başlamasını çox gözləmək lazım gəlməyəcək. Çünki elə həftəsonu ikinci dövrənin qarşılaşmaları baş tutacaq.
Premyer Liqa
11-ci tur
30 oktyabr
Rəvan - İnter - 1:2 (0:2)
Qollar: E.Abdulov, 13 (0:1), İ.Kandelaki, 44 (0:2), E.Hodziç, 90+1 (1:2).
Matçın 88-ci dəqiqəsində Con Pelu penaltidən yararlana bilməyib (qapıçı).
Vərəqələr: Hüseyn İsgəndərov, 8 (kobud oyun), Ekrem Hodziç, 90+3 (qeyri-idman hərəkəti, final fitindən sonra) - Arif Daşdəmirov, 89 (hakimin qərarına etiraz).
Hakimlər: Əliyar Ağayev, Munis Abdullayev, Coşqun Həsənov, Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
30 oktyabr 2011. Bakı. "Dalğa Arena" stadionu. 800 tamaşaçı.
Rəvan: 12. Davud Kərimi (k), 4. Ekrem Hodziç, 5. Natiq Kərimi (6. Taqim Novruzov, 71), 7. Reys Klaudiney (90. Sergey Çernışev, 67), 8. Tural Axundov, 9. Con Pelu, 10. Anxel Qutyerres (17. Ramazan Abbasov, 59), 13. Fərid Həşimzadə, 18. Samuel Barlay, 20. Kristian Torres, 24. Hüseyn İsgəndərov.
Ehtiyat oyunçular: 61. İvan Vasilyev, 15. Tural Cəlilov, 25. Səbuhi Həsənov, 30. Şarapudin Şalbuzov.
Baş məşqçi: Vladislav Qədirov.
İnter: 1. Georgi Lomaya, 4. Valeri Abramidze, 11. Asif Məmmədov (8. Nizami Hacıyev, 59), 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 16. Elnur Abdulov (13. Bronislav Çervenka, 84), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Çrappan, 25. İbrahima Niasse, 28. Baçana Sxadadze (9. Enyo Krastovçev, 78).
Ehtiyat oyunçular: 90. Səlahət Ağayev, 2. Xəyal Mustafayev, 10. Asif Mirili, 20. Girt Karlson.
Baş məşqçi: Kaxaber Sxadadze.
Sumqayıt Şəhər - AZAL - 2:1 (2:0)
Qollar: Samir Abdulov, 5 (1:0), Eldar Məmmədov, 33 (2:0), Tales Şütz, 70 (2:1).
Vərəqələr: Ruslan Tağızadə, 85 (oyunun bərpasını gecikdirdiyinə görə), Andrey Popoviç, 90+3 (oyunun bərpasını gecikdirdiyinə görə) - Tales Şütz, 12 (düşünmədən rəqibə əllə zərbə), Ervin Bulku, 16 (düzgün yerinə yetirilməyən sürüşmə fəndi), Zohair Benouahi, 58 (simulyasiya).
Hakimlər: Rauf Cabbarov, Rza Məmmədov, İsgəndər Əliyev, Alik Yunusov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Murad Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
30 oktyabr 2011. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 500 tamaşaçı.
Sumqayıt Şəhər: 55. Andrey Popoviç, 4. Samir Abasov (k), 8. Emin Mustafayev (27. Ramil Həşimzadə, 77), 11. Kamil Nurəhmədov, 16. Hacı Əhmədov, 20. Timur İsrafilov, 22. Ruslan Tağızadə, 47. Abdulla Abatsiyev, 50. Samir Abdulov (21. Murad Səttarlı, 65), 52. Bədavi Hüseynov, 90. Eldar Məmmədov (2. Slavik Alxasov, 72).
Ehtiyat oyunçular: 12. Sahil Kərimov, 5. Ramil Nuriyev, 17. Aqil Məmmədov, 77. Samir Yusifov.
Baş məşqçi: Bernhard Raab.
AZAL: 12. Cahangir Həsənzadə, 3. Usim Nduka, 5. Aqil Nəbiyev (k), 10. Nuqzar Kvirtiya, 19. Hüseyn Axundov, 17. Viktor İbekoyi, 88. Ervin Bulku, 7. Tərlan Xəlilov (2. Robert Petrov, 69), 8. Elşən Məmmədov (15. Georgi Bogihu, 69), 11. Zohair Benouahi (20. Mansur Limani, 59), 23. Tales Şütz.
Ehtiyat oyunçular: 1. Amil Ağacanov, 25. Ruis Kristian, 9. Vüsal Qarayev, 6. Mindauqas Daunoraviçius.
Baş məşqçi: Elxan Abdullayev.
Qeyd edək ki, turun digər oyunları əvvəlki günlərdə keçirilmişdi: Qarabağ – Bakı - 2:1, Xəzər Lənkəran - Kəpəz - 1:0, Qəbələ - Simurq - 0:2, Neftçi - Turan - 1:0.
|
1
|
Xəzər Lənkəran
|
11
|
8
|
2
|
1
|
17-7
|
26
|
|
2
|
Neftçi
|
11
|
7
|
1
|
3
|
16-9
|
22
|
|
3
|
İnter
|
11
|
6
|
3
|
2
|
10-7
|
21
|
|
4
|
Qarabağ
|
11
|
6
|
2
|
3
|
15-10
|
20
|
|
5
|
Bakı
|
11
|
4
|
4
|
3
|
12-10
|
16
|
|
6
|
Qəbələ
|
11
|
4
|
3
|
4
|
12-13
|
15
|
|
7
|
Rəvan
|
11
|
3
|
4
|
4
|
14-15
|
13
|
|
8
|
Kəpəz
|
11
|
3
|
3
|
5
|
15-17
|
12
|
|
9
|
Simurq
|
11
|
3
|
2
|
5
|
9-12
|
11
|
|
10
|
Turan
|
11
|
3
|
1
|
7
|
8-14
|
10
|
|
11
|
AZAL
|
11
|
2
|
4
|
5
|
12-16
|
10
|
|
12
|
Sumqayıt Şəhər
|
11
|
1
|
3
|
7
|
5-15
|
6
|
Bombardirlər:
5 - Sergey Artyux (Turan).
4 - Ceyhun Sultanov, Yuri Fomenko (Kəpəz), Dodo (Qəbələ).
