31 oktyabr 2011 00:32
Yığmamızın müdafiəçisi Almaniya çempionatında növbəti matçını keçirdi
Futbol üzrə Azərbaycan yığmasının üzvü Ufuk Budak Almaniyada növbəti oyununu keçirib. Azerisport.az xəbər verir ki, Ufukun forma geyindiyi "Freiburg"un 2-ci komandası Regional Liqada "Munchen 1860"ın qonağı olub.
Oyun "Freiburg"un qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb. O, 90 dəqiqə oynayıb və komandasının qələbəsində pay sahibi olub
