30 oktyabr 2011 12:44
Türklər Amitin çıxışını qiymətləndirdilər
Türkiyə mətbuatı yığma komandamızın yarımmüdafiəçisi Amit Quluzadənin Bank Asya birinci liqanın son turundakı çıxışını qiymətləndirib. Azerisport.az xəbər verir ki, səfərdə “Boluspor”la qarşılaşmanın iştirakçısı olan “Kayseri Erciyesspor”un üzvü orta qiymət alıb.
Belə ki, bəzi mənbələr Amitə 4, bəziləri də 5 bal veriblər. Hansı ki, son oyunlarda həmyerlimizin çıxışı daha aşağı qiymətləndirilirdi.
Xatırladaq ki, Amit bu oyunda start heyətində meydana çıxmışdı. 90-cı dəqiqədə sarı vərəqə alan və dərhal əvəzlənən, bundan əvvəl isə rəqib qapısına endirdiyi təhlükəli zərbə ilə yadda qalan həmyerlimizin çıxışı qənaətbəxş hesab olunur.
Elə Quluzadənən komandası da 9 turdan sonra 19 xalla turnir cədvəlində birinci yerdə gedir. Bu komanda hələ yeni mövsümdə məğlub olmayıb.
