31 oktyabr 2011 13:15

Elxan Abdullayev: AZAL-da işləmək istəmirəm

AZAL-ın baş məşqçisi Elxan Abdullayev Premyer Liqanın 11-ci turunun “Sumqayıt Şəhər”lə oyunundan (1:2) sonra azerisport.az saytının suallarını cavablandırıb, komandasının ilk dövrədəki uğursuz çıxışının səbəblərindən danışıb.
 
- Birinci dövrədəki nəticələrinizi necə dəyərləndirərdiz?
- Hesab edirəm ki, geridə qalan dövrdəki nəticəmizi qənaətbəxş saymaq olmaz.
 
- AZAL xal itirməyə davam edir. Səbəb nədi?
- Bu suala mən özüm də cavab axtarıram. Düzünü deyim ki, karyeram boyu belə vəziyyətlə üzləşməmişdim. AZAL kimi komanda 7 tur ardıcıl məğlub olmamalıdı. Bütün bu uğursuzluqlara da nöqtəni sonuncu pillədə gedən “Sumqayıt Şəhər”ə məğlubiyyət qoydu. Bu, həm baş məşqçi, həm də futbolçular üçün bağışlanmaz məğlubiyyətdi.
 
- Klub tərəfindən son uğursuzluqlara görə hansısa cəza gözlənilirmi?
- Düzünü deyim ki, mən artıq özüm bu komandada işləməyi istəmirəm. Bu gün rəhbərliklə görüşüb danışacağam və istefaya getməyimi xahiş edəcəm. İllərlə qazanılmış imici mən sıfıra endirdim. Özü də üç aya. Bu da çox kədərlidi. Əgər belə olacağını bilsəydim, heç bu komandada işləməyə razılaşmazdım. Futbol oynamaq istəmirsə, mən onu necə məcbur edə bilərəm?
 
- Bəzən elə olur ki, çox uğurlu bir məşqçi hansısa komandaya gedəndə ora gedəndə işləri düz gətirmir. Bəkə AZAL da sizin komandanız olmadı?
- Bilirsiz, mən məsuliyyəti heç kimin üstünə atmaq istəmirəm. AZAL-ın baş məşqçisi mənəm və bütün məsuliyyət də öz üzərimdədi. Bundan qaçmıram. Çünki elə insan deyiləm. Bütün günahı üzərimdə hiss edirəm. Hansısa futbolçuların oynayıb-oynamamasının fərqi yoxdu. Hesab edirəm ki, bu, tamamilə mənim günahımdı. Çünki vaxtında bu qrupla məsələni həll etmədim. Məhz mən bunu saxlaya bilmədim. Amma futbolda belə problemlər olur. Etiraf edim ki, “Neftçi” kimi komandanı məğlub edən, “Bakı” və “İnter”lə heç-heçə edən komandanın sonradan “Turan”a, “Rəvan”a, “Sumqayıt Şəhər”ə uduzması mənə çatmır. Bunun izahı yoxdu.
 
- Bəs rəhbərlik istefanızı qəbul etməsə necə olacaq?
- Mən bu komandada qala bilərəm. Amma bir şərtlə. Burda radikal təmizləmə olmalıdı. Əgər bu, olmasa, belə şərtlərlə işləməkdənsə, evdə oturmaq daha yaxşıdı.

- Əgər sirr deyilsə, sizi qane etməyən nədi ki elə?
- Bunu açıqlamaq istəmirəm. Bu, bizim komandadaxili işimizdi.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.