31 oktyabr 2011 13:51
Qarabağın zədəlilərindən şad xəbər
Premyer Liqanın 2-ci dövrəsinin ilk turunda “Sumqayıt Şəhər”lə qarşılaşacaq “Qarabağ” bu gün yenidən hazırlıqlara start verir. Azerisport.az xəbər verir ki, oktyabrın 28-də “Bakı”yla qarşılaşdıqdan sonra Ağdamdan Bakıya dönən komandaya baş məşqçi Qurban Qurbanov 2 günlük istirahət vermişdi.
Bu gün isə bazaya yığışan komanda ilk çalışmanı yerinə yetirəcək. Komandanın məşqi Suraxanı qəsəbə stadionunda baş tutacaq. “Sumqayıt Şəhər”lə mücadilə öncəsi son 2 turu buraxan Nderim Nedzipi geri dönüb. Uzun zamandı fərdi olaraq çalışan makedoniyalı sumqayıtlılarla oyuna qədər hazır olacaq. Avqustda zədələnən Emin də fərdi məşqlərə başlayıb. İmaməliyevin 2 həftəyə tam hazır olacağı gözlənilir.
“Qarabağ” – “Sumqayıt Şəhər” oyunu noyabrın 5-də Ağdam, Quzanlı qəsəbə stadionunda keçiriləcək.
