31 oktyabr 2011 14:45
AFFA və UNİCEF-dən növbəti treninq (FOTO)
Oktyabrın 30-da Şağan Olimpiya İdman Kompleksində AFFA və UNİCEF Azerbaijan-ın əməkdaşlığı çərçivəsində qadınlardan ibarət “Qusar” Futbol Klubunun oyunçuları üçün “Sağlam həyat tərzi və uşaq haqları” mövzusunda treninq təşkil olunub. Azerisport.az xəbər verir ki, mühazirə “Independent live” (the Centre of Development & Aid) nümayəndəsi Aydın Xəlilov tərəfindən oxunub.
Maarifləndirici xarakter daşıyan tədbir qızların bu mövzulara aid biliklərinin və ümumilikdə dünya görüşlərinin genişlənməsinə (idmanın onların həyatında oynadığı müsbət rol, uşaq haqları və s.) istiqamətləndirilib. Tədbir zamanı qızlara yuxarıda qeyd olunan mövzulara aid maarifləndirici material paylanıb.
