31 oktyabr 2011 15:01
Milan və Atleticonun sabiq baş məşqçisi Bakıya gəlir
İtaliya və dünya futbolunun önəmli simalarından olan Arriqo Sakki ölkəmizə gələcək. Azerisport.az xəbər verir ki, o, "Bakı" futbol klubunun dəvəti ilə Azərbaycana gəlir.
Məşqçi kimi böyük nəticələrə imza atan "Parma", "Milan", "Atletico” və İtaliya millisi ilə adını tarixə yazdıran, eyni zamanda idarəetmə strukturlarında da yer almasıyla tanınan Sakki Bakıya ilin sonunda gəlməlidi. Səfərdə məqsəd isə Azərbaycan futbolu və “Bakı” ilə yaxından tanışlıqdı.
Lakin bu səfərin Sakkinin “Bakı”ya gətirilməsi ilə əlaqəsi yoxdu. Yəni italiyalı mütəxəssis paytaxt klubunda çalışmayacaq. Hazırda İtaliya Futbol Federasiyasının akademiyasında koordinatorluq edən 65 yaşlı mütəxəssisin eyni zamanda şərhçilik etdiyini də diqqətinizə çatdıraq.
