31 oktyabr 2011 15:39

Fərhad Vəliyev: Yığmanı yerli mütəxəssis çalışdırmalıdı

“Qarabağ”ın qapıçısı Fərhad Vəliyev Premyer Liqanın 11-ci turunun “Bakı” ilə oyunundan (2:1) sonra azerisport.az saytının suallarını cavablandırıb.

- Uzun müddətdən sonra ilk dəfə əsas heyətdə oyuna çıxdınız...
- Bunun baş verməsinə görə çox şadam. Quzanlıdakı oyunda qarşımıza yalnız qələbə qazanmaq vəzifəsi qoyulmuşdu. Hamı bilir ki, “Neftçi”yə məğlubiyyət bizə necə pis təsit etmişdi. Necə də olmasa, 2 qol vurduqdan sonra məğlub olmaq asan həzm olunası yenilgi deyil. Baş məşqçi Qurban Qurbanov “Bakı” ilə oyunda mənə şans verdi. Şadam ki, bu oyunda 3 xal qazana bildik. Bu, bizim üçün çox vacib idi.

- Bundan sonra yenə klubu tərk etmək barədə düşünürsüz?
- Bilirsiz, heç bir futbolçu ehtiyatda qalmağı xoşlamır. Mən “Qarabağ”dan getmək barədə düşünmürəm. Müqaviləmin sonuna kimi bu komandada qalmaq, çempion olmaq istəyirəm. Həm də mən başqa heç bir klubdan təklif almamışam. Bütün fikirlərim də “Qarabağ”la bağlıdı. Mövsümü birinci pillədə başa vurmaq istəyirik.
 
- Bütün mövsüm Boyan Pavloviç oynayırdı. Maraqlıdı, onun əvəzlənməsinə nə səbəb oldu?
- Qapıçılarla işləyən məşqçimiz Elxan Həsənov bildirdi ki, meydana çıxacaqsan, hazırlaş. Niyə belə olduğunu heç özüm də bilmirəm. Ola bilsin ki, buna “Neftçi”ylə oyundakı məğlubiyyət səbəb oldu. Hər halda əsas heyətə qayıtdığım üçün şadam. İndi əlimdən gələni etməliyəm ki, əsas heyətdə qalım.
 
- Komandanın oyununu kənardan izləmək ağır deyildi?
- İnanın ki, bu, həmişə çətindi. İstənilən futbolçu oynamayanda formasını itirir. Oyun təcrübəmin olmaması Azərbaycan yığmasındakı yerimi də itirməyimə səbəb oldu. 10 tur idi oynamırdım, öz saatımı gözləyirdim. Nəhayət, istəyimə çatdım, komandama kömək etdim.
 
- Sizcə, bu, yığmaya qayıtmağınıza kömək edə bilər?
- Hər şeyə məşqçilər korpusu qərar verir. Komandamızın son toplanışlarında iştirak etməmişəm. Berti Foqtsu başa düşürəm. Əgər klubumda oynamıramsa, yığmaya necə kömək edə bilərəm? Yığmaya qayıtmaq istəyirəm. Bunun üçün isə formamı tam bərpa etməliyəm.
 
- Amma yığmada da güclü rəqabət qalmaqdadı...
- Mən Kamran Ağayevə hörmət edirəm. O, ölkənin ən yaxşı qapıçılarından biridi. Amma istənilən halda mən hər oyunda oynasam, yığmaya qayıtmağım istisna deyil. Nə vaxtsa millinin əsas qapıçısı olmuşam. Etiraf edim ki, bunun üçün çox darıxıram. Yığmaya qayıtsam, birincilik üçün də çalışacağam.
 
- Artıq yığmamız üçün mövsüm başa çatmış sayıla bilər. Sizcə, Foqts postunda qalmalıdı?
- Onunla yığmamızın həm müsbət, həm də uğursuz nəticələri oldu. Bütün tsikli analiz etmək və nəticə çıxarmaq lazımdı. Foqtsun taleyini AFFA həll edəcək. Amma əgər siz mənim fikrimlə maraqlanırsızsa, Foqtsun rəhbərliyi altında yığma o qədər də ciddi dəyişməyib. Xüsusi inkişaf görünmür. İstərdim ki, yığmaya yerli mütəxəssis rəhbərlik etsin. Bizim mentalitetimizi yerlilər daha yaxşı bilirlər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.