31 oktyabr 2011 15:48
AZAL baş məşqçisiz qaldı
AZAL baş məşqçisiz qalıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı Elxan Abdullayev söz verdiyi kimi, istefa qərarını rəhbərliyə çatdırıb.
Onun bu istəyi qəbul olunub. Nəticədə, 3 ay içində paytaxt klubu ikinci baş məşqçi istefası ilə üzləşib. Abdullayevdən əvvəl Nazim Süleymanov komandanın baş məşqçi postundan istefa vermişdi.
Qeyd edək ki, Elxan Abdullayevin rəhbərliyi altında bu mövsüm 11 oyuna çıxan AZAL 10 xalla sonuncudan əvvəlki 11-ci pillədə qərarlaşıb. Cəmi 2 qələbə qazanan “təyyarəçilər” 4 görüşdə heç-heçə etdiyi halda, 5 qarşılaşmadan da məğlub ayrıldı.
Hələlik, AZAL-ın yeni baş məşqçisinin kim olacağı bəlli deyil.
