31 oktyabr 2011 16:21

“Yarımmüdafiə və ya hücumda oynmağımın o qədər də fərqi yoxdu”

“İnter”in “Rəvan”la oyununun əsas qəhrəmanlarından biri, yarımmüdafiəçi Elnur Abdulov müsahibəsində dünən keçirilən matç barədə fikirlərini açıqlayıb və digər sualları cavablayıb. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.

- Əsas nəticədi. Bu planda qələbə əldə etmək bizə çox vacib idi. “Rəvan”ın güclü rəqib olduğunu bilirdik, ancaq komandamız kifəyət qədər düzgün oynadı və layiqli qələbə qazandı.
 
- Bununla belə, matçın sonunda “İnter” azarkeşlərini gərgin anlar yaşamağa vadar etdi…
- Bəli, oyunun sonu əsəbi alındı, ancaq burada biz özümüz günahkarıq. Birinci hissədə meydan sahiblərinin qapısından 2 qol keçirə bildik, vəziyyətə tam nəzarət edirdik. Fasilədən sonra “Rəvan” irəliyə atıldı və bu da bizə əks-hücum qurmaq imkanı yaratdı. Yenə 3-4 yüz faizlik qol vəziyyətləri yaratdıq, ancaq 3-cü qol vurmaq əvəzinə bir az sonra özümüz qol buraxdıq.
 
- Sən karyerana hücumçu kimi başlamısan, lakin bu mövsüm Kaxaber Tsxadadze səndən yarımmüdafiəçi kimi istifadə edir. Sənin üçün yenə ampluda oynamaq çətin olmadı?
- Əvvəlcə çətin oldu, amma vaxt keçdikcə uyğunlaşdım. Düşünürəm ki, mənim hansı mövqedə oynadığımı məşqçi daha yaxşı bilər. İstənilən halda meydana çıxmaq və oynumla komandaya kömək etmək istəyirəm, ona görə də yarımmüdafiədə və ya hücumda oynmağın mənim üçün o qədər də fərqi yoxdu.
 
- Bir neçə mövsüm “İnter”in əvəzedici heyətində keçirmisən. Ehtiyat heyətin heç də hər bir üzvünə əsas komandaya düşmək müyəssər olmur, ancaq sən bunu bacardın. Uğur sirrini bölüşmək istərmirsən?
- Mənim uğur sirrim sadədi - öz üzərimdə çox çalışıram. Bundan başqa, mən məşqçilərimə, xüsusilə də Kaxaber Tsxadadzeyə minnətdaram. Onlar mənim karyeramda irəliləməyimdə böyük rol oynadılar.
 
- Birinci dövrə başa çatdı. “İnter” 21 xalla turnir cədvəlində 3-cü yerdədi. Komandanın birinci dövrədə çıxışını qiymətləndirməyini istərdik…
- Biz mövsümə çox çətin daxil olduq, çempionatın əvvəlində 2 oyun ard-arda məğlub olduq, lakin sonra komanda toparlandı və xal toplamağa başladı. Birinci dövrənin son hissəsi bizim üçün kifəyət qədər uğurlu alındı, biz növbəylə “Xəzər Lənkəran” və “Neftçi” komandalarını məğlub etdik və bununla da mövqelərimizi hissediləcək dərəcədə möhkəmləndirdik. Düşünürəm ki, ilk dövrə komandamız üçün uğurlu alındı. Bununla belə, ikinci dövrədə biz vəziyyətimizi yaxşılaşdırmalıyıq, axı 3-cü yer imkanlarımızın hüdudu deyil. (klubun saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.