31 oktyabr 2011 16:33
Payız turniri başa çatıb (FOTOREPORTAJ)
Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Əlillər Futbolu Federasiyasının birgə təşkil etdiyi eşitməqüsurlu əlillər arasında futzal üzrə “Payız turniri” yekunlaşıb. Azerisport.az xəbər verir ki, son turda “Birlik” üzərində 11:7 hesabı ilə qələbə qazanan “Zirvə” turnirin qalibi olub. “Ümid” komandasını 7:3 hesabı ilə məğlub edən “Şimşək” II yeri tutub. Üçüncü yerin sahibi isə “Ümid” olub.
Turnirin ən yaxşı oyunçusu adına İntiqam Hacıyev (Ümid) layiq görülüb. Ən yaxşı qapıçı Mürşüd Hüseynov (Zirvə) seçilib. Turnirin ən məhsuldar oyunçusu isə “Şimşək” komandasının üzvü İslam Əliyev olub.
