31 oktyabr 2011 16:41
Elxan Abdullayevə əvəzləyici tapıldı
Bu gün Elxan Abdullayevlə yollarını ayıran AZAL-da baş məşqçi funksiyasını yerinə yetirəcək şəxs müəyyənləşib. Azerisport.az xəbər verir ki, komandanı Premyer Liqanın növbəti - 12-ci turunun “Qəbələ” ilə oyununa Rafiq Mirzəyev hazırlaşdıracaq.
Qeyd edək ki, o, əvvəllər əvəzedici komandanın baş məşqçisi olub. Elxan Abdullayevin dövründə isə onun köməkçisi olub.
AZAL-ın yeni baş məşqçisinin kim olacağına isə nə vaxt aydınlıq gələcəyi bilinmir.
