31 oktyabr 2011 17:12
AZAL prezidentsiz qaldı
AZAL rəhbərliyi son uğursuzluqlara görə klub prezidenti Vaqif Qasımovu da cəzasız qoymayıb. Azerisport.az xəbər verir ki, Vaqif Qasımov müvəqqəti olaraq prezident postundan uzaqlaşdırılıb.
Belə ki, o, bir ay vəzifəsini icra edə bilməyəcək.
Qeyd edək ki, bu mövsümə çox pis başlayan AZAL rəhbərliyi bu gün həm də komandanın baş məşqçisi Elxan Abdullayevi istefaya göndərib. Onun yerinə kimin gətiriləcəyi isə hələlik qaranlıq qalır.
