31 oktyabr 2011 18:14
Vaqif Cavadovdan Volqa rəhbərliyinə qarşı qiyam
Rusiyanın “Volqa” klubunun futbolçuları rəhbərliyə çərşənbə axşamına nəzərdə tutulmuş məşqi boykot etmək niyyətində olduqlarını bildiriblər. Azerisport.az xəbər verir ki, bu üsulla onlar əmək haqlarının uzun müddətli gecikməsinə qarşı etirazlarını bildirməyə çalışacaqlar.
Sonuncu dəfə Nijni Novqodor klubunun oyunçularına əmək haqları bu ilin may ayında verilmişdi. Belə fasilə klub sponsorlarından birinin artıq neçə aydı vəd edilmiş məbləği köçürə bilməməsi nəticəsində yaranıb.
Xatırladaq ki, “Volqa”nın heyətində yığmamızın hücumçusu Vaqif Cavadov da çıxış edir.
